Cəmiyyətİran

İranda dəhşətli təyyarə qəzası: 179 nəfər öldü – Video

İranda Ukrayna sərnişinlərinin olduğu Boinq-737 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Təyyarə uçuşdan az sonra yerə düşüb. Hava limanının rəhbəri məlumatı təsdiqləyib.

RİA-nın yaydığı son məlumata görə, qəza zamanı təyyarədə 167 sərnişin olub.

İranın xilasetmə xidmətləri Tehranda qəzaya uğrayan Ukraynaya məxsus Boinq-737 təyyarəsinin qara qutusunu aşkar ediblər.

***

İran Fövqəladə Hallar İdarəsinin rəhbəri təyyarədə ölənlərini sayını açıqlayıb.

Onun sözlərinə görə, 179 nəfər sərnişin və heyət üzvünün hamısı həlak olub. Ölənlərin 147-si İran, qalanları isə digər ölkələrdən olan vətəndaşlardır.

***

Təyyarə qəzasında həlak olanlar İran, Ukrayna, Əfqanıstan, Kanada, İsveç vətəndaşlarıdır.

Bu barədə İSNA agentliyi məlumat yayıb.

Məlumata görə, ölənlərdən 147-si İran, 11-i Ukrayna, 11-i Əfqanıstan, 6-sı Kanada və 4-ü İsveç vətəndaşıdır.

Ukrayna XİN isə fərqli informasiya yayıb. Bildirilir ki, 82 İran, 63 Kanada, 11 Ukrayna, 10 İsveç, 4 Əfqanıstan və 3 nəfər isə Almaniya və Böyük Britaniya vətəndaşı ölüb.

Related Articles

Bir cavab yazın

Back to top button