İranda ötən 24 saatda koronavirusdan 57 nəfər ölüb. Bunu İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari deyib. Vəzirlik rəsmisi bildirib ki, ötən 24 saat ərzində ölkədə 7 065 nəfər koronavirusa yoluxub, 3 789 nəfərin durumu ağır qiymətləndirilir. Virusa yoluxanların ümumi sayı isə 1 466 435 nəfərə çatıb, ölənlərin sayı 58 469 nəfər olub. İranda indiyədək 1 253 554 nəfər koronavirusdan sağalıb.