Site icon Aznews TV

İranda daha 8 iş yeri oruc tutulmadığına görə bağlanıb

Bu barədə Loristan əyalətinin İctimai Obyektlərə Nəzarət Polisinin başçısı Rəhmətullah Biravənd məlumat verib. O, iş yerlərinin orucluq ayı qaydalarına riayət edilmədiyi və qonaqlara xidmət göstərildiyi üçün bağlanıldığını deyib.

Biravənd son bir həftə ərzində Xürrəmabad şəhərində ümumilikdə 78 iş yerinin orucluq ayı və məcburi hicab qaydalarına riayət edilməməsi səbəbindən bağlandığını bildirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları səngidikdən sonra sərt şəriət qaydalarının tətbiqi gücləndirilib. Məcburi hicab qaydalarına riayət etməyənlər və oruc tutmayanlara qarşı cəzalar tətbiq edilir.

Exit mobile version