Site icon Aznews TV

İranda dindarların sayı azalıb: “50 min məscid boş qalıb”

O, bunu ölkə üçün faciə adlandırıb. Bildirib ki, insanların məscidlərə cəlb olunması ilə bağlı əsaslı mədəni fəaliyyət aparılmalıdır.

İran hökumətinin qanun layihəsinə əsasən, cari büdcə ilində 43 dini qurum və dini təbliğat mərkəzinə ümumilikdə 7 trilyon tüməndən çox pul ayrılıb.

Qeyd edək ki, İranda mollaların hakimiyyətə gəlməsindən bu günə kimi ölkədə dindarların sayı kəskin azalıb.

Dindarlığı, məscidlərə getməyi və dini ayinlərdə iştirak etməyi hakimiyyətin yanında olmaq kimi qəbul edən milyonlarla inanclı vətəndaş bundan imtina edib. Uzun illərdir ki, xüsusilə gündüz saatlarında işçilər və səyyar satıcılar məscidlərdən iş fasiləsi zamanı istirahət və yatmaq yeri kimi istifadə edirlər.

#mollarejimi

Exit mobile version