İran

İranda etiraz aksiyalarında ölənlərin sayı açıqlandı

İranda benzin qiymətinin qalxmasına etiraz aksiyaları zamanı ən az 143 adam həyatını itirdi.

Beynəlxalq Amnistiya Təşkilatı bu barədə məlumat yayıb. Bildirib ki, İranda benzinin qiymətinin qaldırılmasına etiraz məqsədiylə keçirilən aksiyalarda 143 nəfərin ölümünə səbəb olan İran hökumətini qınayırıq. Həyatını itirənlərdən ikisi istisna olmaqla digərlərinin odlu silahlarla öldürüldüyünə və sayın açıqlanan rəqəmlərdən daha çox olduğuna diqqət çəkilən açıqlamada cəsədlərin ailələrə verilmədiyi, təhlükəsizlik qüvvələri tərəfindən meyitxanadan çıxarılaraq naməlum yerə aparıldığı qeyd edilib.

Xatırladaq ki, ABŞ-nın tətbiq etdiyi sanksiyalara görə iqtisadi baxımından çətinliklər ilə üz-üzə gələn xalq, benzinin qiymətinin qaldırılması ilə küçələrə axışdılar. Nümayişlər zamanı ictimai binalar və banklar dağıdıldı.

Related Articles

Bir cavab yazın

Back to top button