Site icon Aznews TV

İranda etiraz aksiyalarında ölənlərin sayı açıqlandı

Beynəlxalq Amnistiya Təşkilatı bu barədə məlumat yayıb. Bildirib ki, İranda benzinin qiymətinin qaldırılmasına etiraz məqsədiylə keçirilən aksiyalarda 143 nəfərin ölümünə səbəb olan İran hökumətini qınayırıq. Həyatını itirənlərdən ikisi istisna olmaqla digərlərinin odlu silahlarla öldürüldüyünə və sayın açıqlanan rəqəmlərdən daha çox olduğuna diqqət çəkilən açıqlamada cəsədlərin ailələrə verilmədiyi, təhlükəsizlik qüvvələri tərəfindən meyitxanadan çıxarılaraq naməlum yerə aparıldığı qeyd edilib.

Xatırladaq ki, ABŞ-nın tətbiq etdiyi sanksiyalara görə iqtisadi baxımından çətinliklər ilə üz-üzə gələn xalq, benzinin qiymətinin qaldırılması ilə küçələrə axışdılar. Nümayişlər zamanı ictimai binalar və banklar dağıdıldı.

Exit mobile version