Cəmiyyətİran

İranda etiraz aksiyası çərçivəsində həbslər davam edir

Benzinin bahalaşması ilə əlaqədar İranda davam edən aksiyaların 4-cü günündə ölkədə internet hələ də bərpa edilməyib.

Aznews.tv xəbər verir ki, şəhərlərdə vəziyyətin qarışıq olduğu deyilir.

Etirazçıların Yəzd şəhər imam-cüməsi və Xameneinin buradakı nümayəndəsinin ofislərinə hücumundan sonra təhlükəsizlik qüvvələri 4 nəfəri həbs ediblər.

Qeyd edək ki, bazar günü Kazerun şəhərindəki Məktə əl-Sadeq Salehiyə elmi mədrəsəsi və Şirazdakı Xatəm əl-Ənbiya mədrəsəsi adlı dini təhsil mərkəzlərinin yandırılması ilə bağlı xəbərlər yayılıb. Dünən axşama qədər olan məlumatlara görə, azı 12 nəfər ölüb. Qeyri-rəsmi hesabatlarda ölənlərin sayının bəzən daha çox olduğu təxmin edilir. Fəallar bu etirazlarda azı 40 nəfərin öldüyünü bildirir.

Kirmanşah İnsan haqları Şəbəkəsi şəhərdəki etirazlarda ölənlərdən 16-nın cənazəsinin İmam Rza Xəstəxanasına aparıldığı qeyd edib.

Məlumata görə, ölənlərdən çoxu başlarından güllələnib. Xəstəxanada 100-ə yaxın insanın müalicə olunduğu deyilir.

Related Articles

Bir cavab yazın

Back to top button