Site icon Aznews TV

İranda etirazlar səngimək bilmir

Əhali öz evlərindən etirazçılara dəstək verir. Sosial mediada yayılan videolarda nümayişçilərin Tehranın Rey şəhərində yerləşən “SEPAH komandanlığının qərargahına” yürüş etdiyi müşahidə olunur.
Jurnalistlərə nümayişləri izləməyə icazə verilmir. Tehranda internet tamamilə kəsilib. Tutulmuş jurnalistlər “casusluq”-da ittiham olunurlar.
Tutulanların sayı hər an artır
və sayları dəqiq bilinsə də, Tehran Jurnalistləri Birliyi 10 jurnalistin adını açıqlayıb.
İRNA təkcə Mazandaran əyalətində 450 nəfərin həbs olunduğunu bildirir.
Dünən Gilan əyalətinin polis rəisi burada 739 nəfərin tutulduğunu və onlardan 60-nın qadın olduğunu deyib.

Dövlət televiziyası mitinqlərdə 35 polis işçisinin həyatını itirdiyini bildirib.

Etirazların genişlənməsi ilə ölkədə sosial şəbəkələr bloklanb.(Azad ıran)

Exit mobile version