İran

İranda gənclərin 77%-i nə işləyir, nə də təhsil alır

Bildiyiniz kimi, "NEET" sözü 15-24 yaşlı nə təhsil alan, nə peşə təhsili olan, nə də işləməyən gənclərin durumunu ifadə etmək üçün istifadə olunan termindir.

İranın Əmək və İctimai Rifah Nazirliyinin statistikasına görə, İranda əvvəllər 30% göstərilən “NEET”lərin səviyyəsi, hazırda ölkənin Statistika Mərkəzinin son məlumatında 2018-2020-ci illər ərzində 70-77% olaraq qeyd edilib.

Təəssüflər olsun ki, bu statistika İranı dünya miqyasında ön sıralara daşıyır. İranın Statistika Mərkəzinin son hesabatına əsasən, 2020-ci ildə 15-24 yaşlarında olan 10,5 milyon gəncdən 8,1 milyonu “NEET”dir və onlar ölkədə bu yaşlarda bütün gənclərin 77%-ni təşkil edirlər.(https://t.me/AzadIranTelegram/8803)

Related Articles

Bir cavab yazın

Back to top button