Cəmiyyətİran

İranda həbsdə saxlanılan dərvişlər aclıq aksiyası keçirdilər

Gonabadi Dərvişlərin lideri olan Nuri Ali Tabəndəyə qoyulan məhdudiyyət və təzyiqlərə etiraz olaraq onlarla məhbus aclıq aksiyasına başlayıb.

Aznews.tv xəbər verir ki, dərvişlərdən 69-u böyük Tehran həbsxanasında, 3-ü isə Evin həbsxanasında aclıq aksiyası keçirdiyi bildirilir.

Zindandanın xaricində də, aksiyaya onlarla dərvişin qoşulduğu deyilir. Dərviş etirazçıları Nur Əli Tabəndənin evində həftəlik ziyarətlərinin ciddi şəkildə məhdudlaşdırıldığını söyləyirlər.

Qeyd edək ki, 1396-cı ilin bəhmən və isfand ayı Tehranın Gülüstan xiyavanında əmniyyəti qüvvələri ilə bir sıra dərvişlər arasında baş verən qarşıdurmadan sonra Nur Əli Tabəndəyə ev həbsi cəzası verilib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close