Dünya

ÜST yeni kampaniyaya başlayacaq

“Ümumdünya Sağlamlıq Təşkilatının baş müdiri Tedros Adonom Gebreyesus to:cihi toplantıda bildirib ki, “KOVID-19” yoluxması milyonlarla insanın rəvani sağlamlığına zərər yetirir. “Onlarda təşviş və qorxu hisslərinə səbəb olur, Ruhi sağlamlıq xidmətlərinə mənfi təsir göstərir”, – deyə bildirib.
O, artırıb ki, hazırkı pandemi dövründə tinsəl doktorlar ya rəvanpezeşklər arasında tutulma halları nəticəsində bəzi sağlamlıq mərkəzlərinin koronavirusdan müalicə mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb.
Gebreyesus əlavə edib ki, Tinsəllərin hələ pandemidən öncə bir qədər diqqətdən kənarda qalması üzündən 1 milyardadək insan ruhi pozuntularla yaşamağa məhkum olub.
“Belə ki, hələlik əhaliyə keyfiyyətli ruhi – rəvani xidmətləri nisbətən məhdud sayda göstərilir. Aşağı və orta gəlirli ölkələrdə ruhi, əsəbi, maddələr mübadiləsi pozğunluğu olanların yüzdə 75 dən çoxu yetəli müalicə almırlar”, – deyə Ümum dünya Sağlamlıq Təşkilatı başqanı açıqlama verib.
O, bu il oktobrun 10-da qeyd ediləcək Dünya rəvani Sağlamlıq Günü Qlobal dünyalıq ruhi sağlamlıq Naminə Birlik və Dünya ruhi Sağlamlıq Federasiyonu ilə birgə ruhi sağlamlığa sərmayələri artırmaq uğrunda irimiqyaslı kəmpeyn keçirəcəklərini diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button