
36 yaşlı Cavad Heydəri kənd təsərrüfatı üzrə təhsil alıb və iqtisadi fəaliyyətlə məşğul olub. Cavadın atası Əlipənah Heydəri bu barədə deyib: “Oğlum arxadan hədəf alınıb və o, ağır qanaxma və təhlükəsizlik qüvvələrinin onu xəstəxanaya çatdırmaqdan imtina etməsi nəticəsində dünyasını dəyişib”.
Cavad Heydərinin bacısı İran rejiminin anti-qadın və repressiv siyasətinə etiraz olaraq qardaşının məzarı üstündə saçını kəsərkən Azərbaycan dilində “Qardaşım!” deyə fəryad edir.
Qəzvinli gəncinin yaxınları da səlahiyyətlilərə xitabən deyiblər: “Necə o dünyada cavab verəcəklər?” Allah lənət eləsin!”.(Azad ıran)