Site icon Aznews TV

İranda iki məhbus edam edilib

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, sentyabrın 1-də İranın Qum və İsfahan şəhərlərində adam öldürməkdə ittiham olunan iki məhkum edam edilib.

Qum şəhərində edam edilən şəxsin Həmid Qərələr, İsfahanın Dəstgerd zindanında edam edilən şəxsin isə Həmidrza Mərdani olduğu bildirilib.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının son hesabatına görə, bu ilin əvvəlindən İranda 346 nəfər edam edilib.

Exit mobile version