Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İranda internet qiymətlərinin bahalaşmasına reaksiyalar kəskinləşir

Xəbər verdiymiz kimi, bir müddət öncə İranda internet qiymətləri kəskin şəkildə bahalaşıb.

Ev internetinin (wifi) bahalaşması, habelə ucuz və sərfəli internet paketlərinin ləğv edilməsi ötən bir neçə gün ərzində sosial mediada da böyük tənqidlərlə qarşılanıb.

İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının üzvü Əli Musəvi “Twitter” paylaşımında internet paketlərinin qiymətlərinin bahalaşmasını kəskin tənqid edərək yazıb: “Cənab Rabitə naziri, internet paketlərinin qiyməti tələbə və şagird ailələrinin maaşları ilə yox, nazir maaşları ilə uyğundur”.

İran parlamentinin Dijital İqtisadiyyat Komitəsinin sədri Müctəba Təvangər də “Tasnim” xəbər ajansına açıqlamasında internet qiymətlərini məntiqsiz adlandıraraq bildirib: “Ev internet qiymətlərinin iki dəfədən çox bahalaşması xalqa qarşı açıq-aşkar zülmdür. İnternet artıq uzun illərdir ki, lüks mal hesab edilmir və insanlar alış-verişdən təhsilə qədər hər şeyi internet üzərindən edirlər. İnternet qiymətlərinin bu qədər bahalaşması insanların həyatına mənfi təsir göstərəcək”.

Related Articles

Bir cavab yazın

Back to top button