İranMədəniyyət və incəsənət

İranda intihar mövzusunda olan kitab çap izni alıb

İranda uşaqlara aid olan “Qessehaye şəbe pedər bozorg” (“Qoca babanın gecə nağılları”) adlı kitab çap izni alıb.

Aznews.tv xəbər verir ki, bu kitab uşaqlara intihar əməlini necə həyata keçirə bilmələrini öyrədir.

Bir müddət əvvəl İrşad idarəsinin xüsusi şirkətlə kitabları senzura etmək məqsədi ilə müqavilə(qərardad) bağlamasının üzə çıxmışdı. O müqavilənin nəticəsində bu gün uşaqların əlində intiharı öyrədən bu kitab nəşrə icazə verilib. Kitab elmi yox, intihar etməyi uşaqlara öyrədir.

Qeyd edək ki, İranda çap edilən bütün kitablar İrşad İdərəsindən çap izni alır. Əksər hallarda bir çox kitablara çap izni verilmir. Ana dili, tarix və ya fərhəngimizlə bağlı olan kitablar da bunlara daxildir.

Dünyanın heç bir yerində İran qədər nəşriyyata senzura qoyulmasa belə bu mövzuda kitabın çapına icazə verilməz. Bu mövzular üst-üstə düşdüyündə isə görünür, İranda senzura məsələsi nə elmə, nə əxlaqa, nə də məntiqə sığmır.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close