
“ANT”nin xəbərinə görə, bu barədə Korpusun mətbuat xidmətinə istinadən FARS məlumat verir.
Məlumatda qeyd olunur ki, saxlanılan şəxs İranın hərbi mərkəzlərinin və təhlükəsizlik mərkəzlərinin əməkdaşları haqqında məlumat toplayıb. Agentliyin vurğuladığına görə, məlumatların gələcəkdə xarici kəşfiyyat xidmətlərinə ötürülməsi planlaşdırılıb.