Azərbaycanİran

Təbrizli gənclər və öyrəncilər milli istəklərlə aksiyalara çağırış ediblər

Təbrizli gənclər və öyrəncilər milli istəklərlə aksiyalara çağırış ediblər. Şəhərin əksər məhəllələrində dağıdılan yazılı vərəqələrdə azərbaycanlılara qarşı olan haqsızlıqlara toxunulub, hakimiyyət əleyhinə aksiyalara çağırış edilib.

Sentyabrın 30-u gecə təbrizli gənclər minlərlə yazılı vərəqə paylayaraq 43 illik molla hakimiyyəti dönəmində başqa xalqlarla yanaşı azərbaycanlılara qarı edilən haqsızlıqlara işarə olunub.

Vərəqələrdə azərbaycanlıların ana dilində təhsil almaqdan məhrum edilmələri, onların tarix və kimliklərinin saxtalaşdırılması, yeraltı və yerüstü sərvətlərin başqa bölgələrə daşınması və başqa məsələlər qeyd olunub.

“43 ildir ki, qadınların öz geyim tərzlərini seçmək hüququ əllərindən alınıb və din, namus adı altında hakimiyyətin gerici ideoloji düşüncələri onlara təhmil edilib. 43 ildir haqq səsini qaldıranlara həbs, işkəncə və edamla cavab verilib”-deyə, gənclər bildiriblər.

Güney Azərbaycanın bir çox problemlərinə, o cümlədən Urmu gölünün bərpa edilməməsinə, siyasi, iqtisadi və mədəni sahədə ayrı-seçkiliyə məruz qalmasına toxunulan çağırışda bundan çıxış yolu kimi birgə hərəkət etmək göstərilib.

“Azərbaycan övladları, özəlliklə qəhrəman qadınlar tarixdən dərs alaraq və haqlarını ifadə edən şüarlarla zülmə qarşı meydana çıxıblar.

Azad, demokratik və qanunun aliliyinin təmin olunacağı gələcək üçün ayağa qalxaq. Qadın və kişi bərabərliyini müdafiə etmək insan haqları urunda mübarizədir”-deyə, öyrənci və gənclər bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button