Cəmiyyətİran

İranda keçirilən seçkilərin qeyri-rəsmi nəticələri yayılıb

İranda Məclis seçkilərinə səsvermədən sonra səslərin sayılması prosesinə başlanılıb.

Bəzi xəbər agentlikləri seçkilərin qeyri-rəsmi nəticələri ilə bağlı məlumat yayıblar.

“Cümə günü saat 18-ə qədər bəzi təxminlər bütün ölkə üzrə seçkilərdə yüzdə 39-40 (23-24 milyon nəfər), Tehranda 30 faizdan çox iştirakçının olduğu bildirib”, – məlumatda bildirilir.

Səslərin ilkin sayılmasının nəticələri “Milli vəhdət” listində mühafizəkar namizədlərin qabaqda olduğu bildirilir.

Qeyd edək ki, İran polisinin sabiq komandiri və Tehranın eks valisi Məhəmmədbaqir Qalibafın adı “Milli  vəhdət” listinin başında yer alır. İranda seçkiləri keçirən Daxili İşlər Nazirliyi hələlik səslərin sayılması ilə bağlı ilkin nəticələri elan etməyib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close