İqtisadiyyatİran

İranda kiçik peşə sahiblərinin 90 faizi ziyana düşüb

İranda koronavirusunun yayılması nəticəsində kiçik peşə sahiblərinin 90 faizi ziyana düşüb.

Bu sözləri Peşələr Palatasının Vergilər üzrə müşavirlərindən olan Məhəmmədrza Cəfərian deyib. O bildirib ki, hazırda 650 min istehsal obyekti İranda koronavirusunun yayılmasına görə ziyana uğrayıb:

“Bütün kiçik peşə sahibləri bu məsələyə düçar olublar. Dövlət yardım və köməklik etməsə, əsnafların və iqtisadiyyatın vəziyyəti qarşıdakı 2 ay ərzində çətinliyə düşərək daha da kəskinləşəcək. Vergi İşləri Təşkilatı kiçik peşə sahibləri üçün əlverişli paket nəzərə almalı, vergi məsələləri üzrə işlərə baxılma prosesi də gündəmə çıxarılmalıdır”.
İranın Məhsuldarlıq Cəmiyyətinin sədri Həmid Kalantəri də peşə obyektlərində işləyənlərdən 1 milyon 600 min nəfərinin korona böhranına görə işsiz qala biləcəyini deyib. Əsnaf Otağının İqtisadi və Planlaşdırma müavini Huşar Fəqihi də bildrib ki, hazırda 3 milyondan artıq sinfi vahid alış-veriş zəifliyinə tuş gəliblər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close