Bölgəİran

İranda koronavirus dəhşəti: bu ölkələr İranla sərhədlərini bağladı

İranda rəsmi statistikalara əsasən 12, qeyri-rəsmi statistikaya əsasən isə 50 nəfərin ölümünə səbəb olduğu deyilən koronavirusun genişlənməsindən sonra qonşu ölkələr İranla quru sərhədlərini bağlayıb.

Belə ki, İrandan Türkiyə, Gürcüstan, İraq və Kuveytə uçuşlar dayandırılıb.

Eyni vaxtda, “Flight radar 24” saytı İranın “Mahan” hava yolları şirkətinin Pekindən Tehrana və əksinə uçuşlarının davam etdirdiyini bildirib. “Mahan” aviaşirkətinin W578 saylı uçuşu, üç gün öncə Pekindən səhər saat 04:40-da Tehranın İmam Xomeyni hava limanında yerə enib. Bu, Airbus A-340 sərnişin təyyarəsi olub.

İranın Səhiyyə naziri Səid Nəməki yanvarın 31-də dövlətin sözügedən virusun yayılması səbəbindən Çinə gediş-gəliş uçuşlarını dayandırmaqla bağlı qərar qəbul etdiyini bildirmişdi.

Bundan sonra iki ölkə arasında uçuşların dayandırılmadığı, hətta İran hava yollarının Çin sərnişinlərini İstanbuldan İrana daşıdığı bildirilib. Ardınca bu sərnişinləri ölkələrinə geri qaytaran yeganə hava yolu şirkəti olduğuna dair məlumatlar yayılıb.

“Mahan hava yolları şirkətinin müdiri ilə görüşdə, o, Çinlə əməkdaşlığı davam etdirmək istədiklərini bildirdi”, -Çinin Tehrandakı səfiri Çan Hua da fevralın 2-də Tvitterdə yazıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close