Site icon Aznews TV

İranda koronavirusa yoluxanların sayı açıqlanıb

Son 24 saatda İranda daha 84 nəfər koronavirusdan dünyasını dəyişib. Bunu İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari deyib. Beləliklə, ölkədə virusdan ölənlərin sayı 57057 nəfərə yüksəlib.
Vəzirlik rəsmisi bildirib ki, ötən bir gündə 6182 nəfər təhlükəli mərizliyə yoluxub. Bununla da İranda koronavirusa yoluxanların sayı 1348316 nəfərə çatıb. Virus daşıyıcılarından 4214 nəfərin durumu isə ağır olaraq qiymətləndirilir.
Rəsmi məlumata əsasən, İranda indiyədək 1137812 nəfər koronavirusdan sağalıb.

Exit mobile version