Cəmiyyətİran

İranda koronavirusa yoluxma nəticəsində 3036 nəfər ölüb

İranda koronavirusa yoluxma nəticəsində 3036 nəfər ölüb.

Bu barədə İran Səhiyyə Nazirliyinin açıqlamalarından əldə edilən statistikada məlumat verilib.

Statistikaya görə, indiyə qədər 31 əyalət üzrə 59 120 nəfər koronavirus əlamətləri ilə xəstəxanaya aparılıb və ya nəzarət altına alınıblar. Onlardan 3036-ı ölüb.

İranın əyalətlərində xəstəxanaya aparılan və ya nəzarətə alınan insanlarla bağlı statistika yerli Səhiyyə rəsmiləri tərəfindən və İran xəbər agentliklərində yayılan məlumatlara əsaslanır. Bu statistika klinik əlamətləri olan şəxslərə şamildir.

İran rəsmiləri hələlik Tehran və Qum əyalətlərində ölənlərlə bağlı statistika açıqlamır. Bu, hər iki əyalətdə ölüm sayının yüksək olması ilə mürtəbit ola bilər. İranın Səhiyyə Nazirliyi eləcə də əyalətlərdə koronavirusa tutulma nəticəsində ölənlərin sayını da ayrı-ayrı açıqlamır.

Related Articles

Bir cavab yazın

Back to top button