Cəmiyyətİran

İranda koronavirusdan ölənlərin sayı artdı

İranda koronavirusdan ölənlərin sayı 50-yə çatıb.

Bunu İran parlamentinin Qumdan olan deputatı Əhməd Əmirabadi deyib.

Onun sözlərinə görə, son iki həftə ərzində Qumda koronavirusdan 50 nəfər ölüb.

Millət vəkili koronavirusla mübarizənin nəticəsiz olduğunu bildirib:

“Qumda vəziyyət yaxşı deyil. Virusa yoluxan xəstələrlə maraqlanan tibb işçilərinin xəstəlikdən qorunmaq üçün geyinməyə özəl geyimləri yoxdur. Onlar xəstələrə qorxaraq yaxınlaşır. Apteklərin bəzilərində maska belə yoxdur”.

Əmirəbadi hakimiyyəti koronavirusa nəzarət edə bilməməkdə ittiham edib:

“Koronavirus Qumda üç həftə əvvəl peyda olub, amma onun yayıldığını çox gec elan etdilər”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close