İran

Təbrizin parklarında gəzinti qadağan olub

Təbriz Şərdarisinin Korona ilə Mübarizə Sitadının rəisi Əliyar Ra:stqu Sitadın bildirişini və fərmandarın iblağ etdiyini vurğulamaqla deyib: “bu əsasla ötən gündən Təbriz şəhərinin parkları və yaşıllıq əyləncə mərkəzlərində hər hansı gəzinti qadağandır, və hörmətli əhalidən istəyirik ki, parklara çıxmasınlar. Sitadın bu bildirişi koronanın beşinci dalğası ilə bu mərizliyə tutulanların sayı artdığına görə Təbriz Vilayətinin fərmandarı tərəfindən iblağ olunub. Bildiririk ki, Təbrizin şəhəriçi otobusları şəhərin mərkəzinə musafir daşımaqları da qadağndır, ona görə də Mütəhhəri və Mühəqqiqi terminalları əsla musafir qəbul etməyəcəklər. Parklarda bütün oyun şəhərciklərinin fəaliyyəti dayandırılır, parklarda bufə və restoranların xidmət göstərməsinə ancaq çatdırma icazə verilir. Əhalinin toplanmasına səbəb olan hər hansı mərasim keçirmək, növbəti bildirişədək qadağandır. Təbriz Şərdarisinin qurumları müdirlərindən istəyirik ki, bunlara ciddi riayət etsinlər, baner qurmaqla eləcə də gərəkən bildirişlərlə əhaliyə bu barədə bilgilər verməlidirlər. Ümid edirik ki, ictimai aranı saxlamaq, sağlıq protokollarına riayət etməklə, habelə vaksinasionla qarşıdakı aylarda korona mərizliyini şəhərdə və ölkədə idarə edə biləcəyik.

Related Articles

Bir cavab yazın

Back to top button