Elm & Texnologiyaİran

İranda LG və Samsung şirkətlərinin tabloları yığışdırıldı

Koreyanın LG və “Samsunq” brendlərinin İran şirkətləri ilə əməkdaşlığın dayandırmasından sonra İranda mağaza və alış-veriş mərkəzlərində adıçəkilən şirkətlərinin təbliğat tabloları yığışdırılır.

Bu barədə IRNA agentliyi məlumat yayıb.

Əməkdaşlığın dayandırılasına ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar göstərilib. İranın Səs və Video dəstqahları Təşkilatının İdarə Heyətinin rəisi Əlirza Musəvi Məcdə məsələ ilə bağlı danışıb:

“Bir müddətdir ki, Koreyanın Samsunq brendinin təbliğat tablosunun yığışdırılası işləri aparılır. Önümüzdəki həftələrdə “Samsunq”ın yerinə “Sam” məhsullarının ilk məhsulları bazara gələcək. Koreya şirkətlərinin ABŞ-ın sanksiyalarına əməl etməsi nəticəsində məcburi tətilə çıxan və ya işsiz qalan 30 işçi qüvvəsi tədricən işə qayıdır”.

İranın Ev Ləvazimi Paylayıcıları Birliyinin rəisi Murtəza Miri də bu haqda danışıb:

“Samsunq” və LG şirkətlərinin təbliğat tablolarının yığışdırılası koreyalıların qorxaq hərəkətindən və İran şirkətlərinə məhsul və xammal verməkdən imtina etməsindən sonra bizim Birlik tərəfindən önərilib. LG ilə İran şirkətinin əməkdaşlığının dayandırmasından bir il ötür və məhsullarının adı Gplus olaraq dəyişdirilib”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close