Cəmiyyətİran

İranda mənzil qiyməti ilə bağlı iki qurumun statistik hesabatında kəskin fərq var

Mənzil qiymətində inflyasiya səviyyəsi ilə bağlı Mərkəzi Bankla Statistika Mərkəzinin qiymətləndirməsi arasında kəskin fərq var.

Bu barədə Mərkəzi Bankın yaydığı yeni hesabatda məlumat verilib.

Məlumata görə, Noyabr ayında Tehranda mənzil qiymətlərində keçən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz artım olub.

Halbuki, Statistika Mərkəzi son hesabatında iddia edib ki, bu dövrdə mənzillərin qiymətində inflyasiya səviyyəsi 21,5 faiz təşkil edib.

Ölkənin rəsmi statistikaları daim iqtisadi mütəxəssislər tərəfindən sual altına alınıb.

Statistika Mərkəzinin bu yaxınlarda yaydığı məlumata görə, cari ilin yayında Tehranda mənzillərin qiymətinin bahalaşması keçən ilin eyni dövrü ilə müqayisədə 80 faizdən çox olub.

Mərkəzi Bank bildirib ki, bu ilin noyabrında mənzillərin alqı-satqısı keçən ilin eyni ayı ilə müqayisədə 41 faiz azalıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close