Cəmiyyətİran

İranda Mənzil sektorunda inflyasiya 300 faizə yaxındır – Muradi

İranda Mənzil sektorunda inflyasiya 300 faizə yaxındır.

Aznews.tv xəbər verir ki, bu sözləri Büdcə və Mühasibatlıq Komissiyasının üzvü, Marivan və Sərvabadın millət vəkili Mənsur Muradi deyib. O, son iki ildə mənzil sektorunda təxminən 300 faiz inflyasiya olduğunu açıqlayıb:

“Bu ipi qırılmış bahalıq bazarı geriləməyə və gənc cütlüklərin artıq ev ala bilməmələrinə səbəb olub. Hökumət və Yol Nazirliyinin mənzil istehsalı sahəsində etdiyi hərəkətlər müsbət olmayıb. Nazirlik son altı ildə heç bir özəl tədbiri qabağa apara bilməyib. Mənzil bazarında son iki ildə 200-300% inflyasiya yaşanıb. Mövcud vəziyyətdə yoxsullar və orta siniflər mənzil ala bilmirlər. Bu, kirayə mənzil amarının artmasına səbəb olub. Hökumət və Yol və Şəhər İnkişaf Nazirliyi bu gün mənzil layihələrini həyata keçirmək üçün maddi imkanlara malik deyil. Hökumət bu yaxınlarda kütləvi mənzil istehsalı üçün proqramlar hazırladı, lakin bu proqramların əksəriyyəti hələ də kağız üzərində qalıb”, – Marivan və Sərvabad millət vəkili, hökumətin fəaliyyətini tənqid edərək bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button