Site icon Aznews TV

İranda məcburi əməyə cəlb olunan xarici azyaşlıların sayı açıqlanıb

Bu barədə İran Uşaq Hüquqları Elmi Assosiasiyasının katibi Arin Qasimi açıqlama verib.

O, deyib ki, məcburi əmək fəaliyyətinə cəlb olunan uşaqların çoxunun kimlik və doğum haqqında şəhadətnamələri olmadığına görə, onların dəqiq sayını müəyyən etmək çətindir.

İran Rifah Təşkilatı son hesabatında ölkə üzrə məcburi işə cəlb edilən 120 min uşağı müəyyən edə bildiklərini, onların 14 min 500-nün küçələrdə yaşadıqlarını açıqlayıb.

Qeyd edək ki, məcburi işə cəlb olunan aztyaşlıların çoxu əfqan qaçqınlarının uşaqlarıdır.

#İran

Exit mobile version