Site icon Aznews TV

İranda məhkəməsi tanınmış jurnalistə 18 il həbs cəzası verdi

Bu barədə jurnalistin həyat yoldaşı Behnaz Mir Mütəhhəriyan məlumat yayıb və Ehsan Pirbornaşın günahsız olduğunu, onun saxta ittihamlarla məhkum edildiyini bildirib.

28 oktyabr tarixində həbs olunan jurnalistin nədə ittiham olunduğu barədə dəqiq açıqlama verilməyib.

Qeyd edək ki, İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 73 jurnalist həbs edilib.

Həbs edilən media işçilərinin 38-i jurnalist, 25-i əyalət müxbirləri və 10 nəfəri isə fotojurnalistlərdir.

Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Şərq” qəzetinin əməkdaşlarının da adı var.

Exit mobile version