Site icon Aznews TV

İranda məhkum edam edilib

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Sistan və Bəluçistan əyalətinin İranşhr zindanında daha bir məhbus dar ağacından asılaraq edam edilib.

Bundan öncə qətldə ittiham olunan məhkumun Məhəmməd Bamiri İlyas oğlu olduğu deyilir.

İran İnsan Haqları Fəalları Assosiasiyasının Statistika Mərkəzinin illik hesabatına əsasən, 2021-ci il yanvarın 1-dən 20 dekabr 2021-ci ilə qədər İranda azı 299 vətəndaş edam edilib, daha 85 nəfər barəsində edam cəzası qərarı verilib.

Edam edilənlər arasında yetkinlik yaşına çatmamış dörd uşağın olduğu bildirilir.

Exit mobile version