
Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Fars Xəbər Agentliyinin məlumatına görə, iranlı kino və teatr aktyoru olan Səba Kəmali barəsində həbs qərarı Səhər Xudayariyə dəstək üçün paylaşdığı “status”dan sonra “çıxarılıb”.
Səba Kəmali öz İnstagram səhifəsində Səhər Xudadadiyə dəstək bildirən bir status paylaşmışdı və Fars Xəbər Agentliyi həmin statusu şiələrin üçüncü İmamını “təhqir” adlandırıb.
Bu statusda, o şiələrin üçüncü imamına xitabən, “mavi qız”ın ondan daha çox “məzlum olduğunu” söyləyən bir hipotetik dialoq paylaşmışdı.
Lakin Səba Kəmali bir neçə saat sonra bu status silib. O bu mətnin “İmam Hüseynlə səmimi və xəyali bir dialoq” olduğunu yazıb, amma “əyri düşüncəli və fanatik” insanlar ona qarşı səfeh ittihamlar vurublar və buna görə, öz statusunu silib.
Məhkəmə rəsmiləri Fars Xəbər Agentliyinin məlumatına münasibət bildirməyiblər.
Aznews.tv