Cəmiyyətİdman

İranda milli-mədəni fəal Əta Kərimi istintaqa çağırılıb və dindirilib

Aznews.tv “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ötən gün Urumiyyə sakini milli-mədəni fəal Əta Kərimi oktyabrın 14-də yazılı bildiriş alaraq Urumiyyənin İnqilab və Ümumi Məhkəməsinin 6 saylı şöbəsinə izahat vermək və istintaq üçün çağırılıb.

“İranda insan hüquqları” saytının məlumatına görə, Urumiyyə şəhər İnqilab və Ümumi Məhkəməsinin 6 saylı şöbəsinin bildirişinə əsasən, Əta Kərimi bildirişin verildiyi tarixdən 10 iş günü ərzində məhkəməyə gəlməli, əks halda onun iştirakı olmadan qərar qəbul ediləcək.

“İranda insan hüquqları” saytına açıqlama verən məlumatlı mənbə bu barədə bildirib: çağırılan şəxsin məhkəmə orqanına çağrılmasının səbəbi bildirişdə qeyd edilməli olduğu halda, çağırış vərəqəsində irəli süqrülən ittihamlar və məhkəməyə çağırılması səbəbi göstərilməyib.

Qeyd edək ki, 1 uyun 2019 tarixdə sözügedən şöbə Əta Kərimini daha bir milli-mədəni fəal olan Əli Əzizi ilə birlikdə 2 iyun 2009-cu il bazar günü saat 10:00-da ittihamlara baxılması üçün çağırıb, sözügedən milli-mədəni fəal isə istintaqda iştirak etməyib.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close