Azərbaycanİran

Urmu Gölü son nəfəslərini çəkir, İran hakimiyyəti isə müvəqqəti tədbir belə görmür

Urmu gölünün vəziyyəti facəvi olduğu bir halda İran rəsmilərinin onu dirçəltməyə heç olmasa qısa müddətli tədbir görməməkləri və bu barədə susmaları davam edir.

Urmu Gölünün durmu barədə 1 ildən artıqdır ki, hakimiyyət tərəfindən statistika nəşr olumur və onun dirçəldilməsinə təyin edilmiş qərargahın hətta vaxtı ilə tez-tez keçirilməyən iclasları belə daha keçirilmir.

İran rəsmiləri və müvafiq idarələr Urmu Gölünün durumu barədə artıq tamamilə susur. Digər tərəfdən Gölün quruması ilə bölgənin temperatorunun artması, ekoloji vəziyyətinin qarşıması və bunun nətcəsində oluşacaq sair problemlərə belə rəsmilər laqeyd yanaşır.

Azərbaycanın incisi Urmu Gölündən yuxarıda gördüyünüz ən yeni şəkil çox gümanla onun bu ay ərzində sönəcəyinə dəlalət edir.

Qeyd edək ki, İranın dini-şovenist hakimiyyəti özünə doğma olan farsların yaşadıqları əyalətlərə, o cümlədən İsfahan Əyalətinin su problemini həll etmək məqsədi ilə minlər kilometr uzaqda olan Körfəzdən suçəkmə layihələrinin qarşıdakı 1 ildən az müddətdə bitirilib istifadəyə veriləcəyini bildirib.
Vurğulayaq ki, Urmu Gölünün qurumasında əsasən insan amilinin rolu olduğunu bildirən ekoloji ekspertləri onun tədbirlər görülərək dirçəldilməsini mümkün hesab edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button