Cəmiyyətİran

İranda narazı fəhlələr yenidən dəmir yolunu bağlayıb

Mərkəzi Fars vilayətinin başçısı Əli Ağazadə bir neçə saat əvvəl Ərakın “Azərab” şirkətinin işçilərinin aksiya keçirdikləri yerə gələrək şirkətin qeyri-müəyyən vəziyyətinə aydınlıq gətirilməsi üçün apardığı müzakirələrin detalları haqda onlara məlumat verib.

Aznews.tv “Peyke İran” saytına istinadən xəbər verir ki, dəmir yolunu bağlayan fəhlələr bölgə valisinin gəlişi ilə aksiyanı dəmir yolundan kənarda davam etdiriblər.

Ərakın Telegram xəbər kanalları bir saat əvvəl  Ərakın “Azərab” şirkətinin işçilərinin əməl haqqlarının ödənilməməsinə və zavodun mülkiyyətçisinin müəyyən edilməməsinə etiraz olaraq bu gün Ərak şəhərinin ümumi dəmir yolu xəttini bağladıqlarını açıqlayıb.

Azərab şirkətinin işçiləri keçən həftə əmək haqqlarının bir hissəsini əldə edib, lakin sentyabr ayının maaşlarını hələ də almayıblar.

Qeyd edək ki, bir müddət əvvəl Ərakın “Hepko” zavodunun narazı işçiləri tərəfindən ümumi dəmir yolu xəttinin bağlanması polislə qarşıdurmaya və bəzi etirazçıların həbsinə səbəb olub.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button