İran

İranda narkotik maddə və tütün məmulatlarının istifadə yaşı kəskin aşağı düşüb

Tütün məmulatlarının istifadəsi ilə mübarizə məsələləri üzrə mütəxəssis İranda narkotik və tütün istifadəsinin 20 yaşın altına düşməsi ilə bağlı xəbərdarlıq edib.

Mütəxəssis bunu hazırda narkotik və tütün məmulatlarının ötən illərlə müqayisədə daha asan tapılması ilə əlaqələndirib.

İSNA-ın məlumatına görə, mütəxəssis Dr. Davud Şivayi deyib: “Narkotik asılılığı bir neçə amildən təsirlənən mürəkkəb bir problemdir. Tütün məmulatlarının istifadəsinə nəzarət yollarından biri insanları alternativlərə yönləndirmək, digər bir yol isə insanları erkən yaşda maarifləndirməkdir”.

Şivayi qeyd edib ki, böyük şirkətlər tütün məmulatlarından böyük gəlirlər əldə edirlər və gəlirlərini daha da artırmaq üçün məhsullarını daha çox istehsal etməyə və satmağa çalışırlar.

Mütəxəssisin fikrincə, dövlət, habelə ictimai fəallar narkotik maddələr və tütün istehlakı ilə mübarizə aparmaq üçün çıxış yolları tapmalı və insanlara həmin maddələrin ziyanlı təsirləri izah edilməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button