Cəmiyyətİran

İranda nikahların sayı bir ildə 9 faiz azaldı

Aznews.tv Mehr Xəbər Agentliyinə istinadən xəbər verir ki, İranın Qeydiyyat Bürosunun statistik təhlil şöbəsinin müdiri Əlirza Sacedi bildirib: 2018-ci ildə ölkədə 550 min 565-ə yaxın nikah qeydə alınıb, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 9 faizədək azalma deməkdir.

Onun sözlərinə görə, ölkədə nikahların azalması tendensiyası 2001-ci illərin sonlarında başlayıb və hələ də davam edir.

Tasnim Xəbər Agentliyi 2019-cu ilin iyun ayında ölkədə evlilik və boşanmaların “qırmızı vəziyyəti” barədə məlumat vermişdi.

Məlumata görə, “Hər boşanmaya görə nikahların sayı ilə bağlı statistika ölkədə bu sahədə vəziyyətin mənfi olduğunu göstərir; 2008-ci ildə hər 8 evlilik üçün bir boşanma halı baş verib ki, 2018-ci ildə bu rəqəm hər bir boşanmaya görə 3,1 nikaha azalıb”.

Əlirza Sacedi daha sonra kişilərdə və qadınlarda evliliyin orta yaşı ilə bağlı deyib:  Keçən il ilk evliliyində qadınların orta yaşı 23 təşkil edib, 1980-cı illərin əvvəllərində isə bu rəqəm 18 yaş idi.

Qeydiyyat Bürosunun rəsmisinin bildirdiyinə görə, 2018-ci ildə ən çox nikah sayı qadınlarda 19-25 yaş arası, kişilərdə isə 25-29 yaş arasında qeydə alınıb.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close