Azərbaycan

Urmuda piyada keçidinə olunan pozuntular. Piyada keçidləri şəhərin ən önəmli fəzalarından biri sayılır.

 Məqsədə fiziki çatmaqda əsas nəqşi olmaqla yanaşı ötən piyadanın arxayın bir fəzada, ictimai müşküllər və manelər olmadan, ötməsinə şərait yaradır. Amma Urmu şəhərinin bəzi yerlərində, piyada keçidindən istifadə gündən günə çətinləşir, təhlükələr artır

Məqsədə fiziki çatmaqda əsas nəqşi olmaqla yanaşı ötən piyadanın arxayın bir fəzada, ictimai müşküllər və manelər olmadan, ötməsinə şərait yaradır. Amma Urmu şəhərinin bəzi yerlərində, piyada keçidindən istifadə gündən günə çətinləşir, təhlükələr artır. Əldə edilmiş bilgilərə görə, Ətai xiyavanında, Urmu şəhərinin sair xiyavanları ilə müqayisədə, piyadanın gəliş-gedşinə maneələr fazi yüksəkdir və şəhərin bu bölgəsində əhali piayda keçidlərindən çətinliklə ötə və istifadə edə bilirlər. Şəhərin cəmiyyətinin artdığını gözə alaraq, bununla yanaşı işsizlik nırxının artması, dəyişməz işə yiyələnməmək, döşəmə üstə satanların sayı nəticəsində şəhərdə keçidə manelərin oluşması qaçılmaz bir fenomenə çevrilib. Urmunun bəzi piayda keçidlərində memarlıq və şəhərsalma üsüluna dəqiq tərzdə və tam riayət olunmasıb, keçidlərin çoxunun eni yetərli deyil, piyadaya nəzrədə tutulmuş ensiz keçidlər də mağaza sahibləri və döşəmə üstü satanların tərəfindən təsərrüf olunub. Urmu şəhərinin sakinlərindən biri deyir ki, İmam və Ətai xiyavanlarında keçidə maneələr çoxdankı bir mövzudur və belə görünür ki, həll olunmayacaq. Mağaza sahiblər piyada keçidinə irəlilədikləri səbəbindən izdihamlı ensiz Ətai xiyavanında maşınların arasından ötməliyik, bu isə çox təhlükəlidir. Ötən həftə gördüm ki, bir xanımı Ətai xiyavanında bir maşın vurdu, ona görə ki, piyada keçidlərində maneələr olduğundan maşınlar arası keçəməyə məcbur olmuşdur. Ətai xiyavanında bir satıcı ilə maneələr törətiyinə görə mübahisəsi diqqəti çəkən başqa bir şəhər sakini deyir ki, bu həll olunmaz duruma düşən piyada keçidlərində maneələr məsələsinə bilinmir ki, haçan baxılacaq. Cəmiyyətin izdihamı azmış kimi, hələ bu mağaza sahibləri də mağazalarından piyada keçidinə 1 metr irəliləyiblər. Adından da bəlli olduğu kimi piyada keçidi vətəndaşın keçidinə toxunan mağaza sahibləri üçün deyil piyadalara ayrılıb. Urmu şəhəri İslami Şurasının Öyrənmələr və Araşdırmalar Mərkəzinin rəisi Hüseyn Pənahi Şəhər Şurasının toplantısında deyib: şəhərin müşkülləri ən tez bir vaxtda qaldırılmalıdır. Piyada keçidlərində maneələr Urmu şəhərini iflic edib. Əhali bu durumdan gileylənir, ona görə də təməldən həll yolunu düşünməliyik. Əhalinin işlərini görməyə düzəlişlər şəhər idarəçiliyində üstün tutulmalıdır, və şəhərin mükülləri ən tez bir zamanda qaldırılmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button