Site icon Aznews TV

İranda öldürülən etirazçı sayı 182 nəfərə çatıb

İran İnsan Haqları Mərkəzinin verdiyi son məlumata görə, İranın onlarla şəhərində davam edən kütləvi etiraz aksiyaları zamanı 182 nəfər hökumət məmurları vasitəsilə qətlə yetirilib.

Məlumatda Sistan-Bəluçistan əyalətinin 88 nəfər qurbanla itki verən 17 əyalət arasında birinci yerdə olduğu bildirilir.

İnsan Haqları Mərkəzi yüzlərlə insanın yaralandığı, onlardan bir sırasının durumunun ağır olduğu və aksiyaçılara qarşı sərt davranışların davam etdiyinə görə, ölü sayının artacağı ehtimalının yüksək olduğunu qeyd edirb.

Exit mobile version