Site icon Aznews TV

İranda öldürülən etirazçı sayı 507-ə çatdı

Qurum yaydığı məlumatda 17 sentyabrdan 27 dekabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 69-i uşaq olmaqla 507 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 18 533 nəfərin saxlanıldığı bildirilir. Onlardan 4 108 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 665 nəfər tələbədir.

Həmçinin bu müddət ərzində 161 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 144 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

Exit mobile version