Dünya

Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb.

Aznewstv TASS-a istinadən xəbər verir ki, Paşinyan bildirib ki, əgər artıq Bakı iki ölkə liderləri arasında razılaşdırılmış prinsipləri təsdiq etsə, sülh sazişinin imzalanması realdır.

“Azərbaycan bu prinsipləri təsdiq edərsə, yaxın vaxtlarda sülh sazişinin imzalanması çox realdır”, – Paşinyan dənizə çıxışı olmayan ölkələrin nazirlər iclasının açılış mərasimində vurğulayıb.

Paşinyan onu da qeyd edib ki, Ermənistan regionda kommunikasiyaların açılması üçün əməli və konkret addımlar atmağa hazırdır: “Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri 30 ildən artıqdır ki, bağlıdır. Bu gün biz regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə çox danışırıq və müzakirə edirik”.

Related Articles

Bir cavab yazın

Back to top button