Site icon Aznews TV

İranda qətlə yetirilən nüvə alimi ilə bağlı etiraz aksiyası keçirilib

Tehran Universitetinin tələbələri İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

Tələbələr nüvə fizikası sahəsində ixtisaslaşmış alim Möhsün Fəxrizadəyə sui-qəsd törədənlərin tezliklə tutulub cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, noyabrın 27-də İranın Müdafiə Nazirliyinin Tədqiqat Və İnnovasiya İdarəsinin rəisi, tanınmış alim M.Fəxrizadə qətlə yetirilib. İran mətbuatının yazdığına görə, M.Fəxrizadənin elmi araşdırmaları nüvə proqramının reallaşmasına imkan yaradıb.

İran rəsmiləri bu sui-qəsdin xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən törədildiyini bəyan edib və hadisəni terror aktı kimi dəyərləndiriblər.

Exit mobile version