Site icon Aznews TV

İranda qətldə suçlandırılan daha bir məhkum edam edilib

Bu barədə İran İnsan Haqları Təşkilatı verdiyi məlumat yayıb.

Əslən Sistan-Bəluçistan əyalətinin İslamabad şəhərindən olan Yusif Səncərinin qətldə ittiham olunub.

O, iuunun 22-də edam edilib.  Lakin edam rəsmilər tərəfindən gizli saxlanıldığı üçün bu barədə məlumat gec yayılıb.

İran məhkəmə rəsmiləri və dövlət mediası edamlarla bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, bir sıra hallarda edam olunan məhkumların ailələrinə təzyiq eidlir ki, məsələni ictimailəşdirməsinlər. Ona görə də edam barədə xəbər vaxtında yayılmır.

Bu edamlara hüquq müdafiəçiləri “gizli edam” adı veriblər və buna görə də ölkədə icra edilən edamların rəsmi statistikada göstərildiyindən daha çox olduğu ehtimal edilir.

Exit mobile version