Site icon Aznews TV

İranda qaçaq malların dövriyyəsi 12,5 milyard dollardır

İranın Valyuta və Mal Qaçaqmalçılığı ilə Mübarizə Qərargahının rəisi ölkədə 12,5 milyard dollar dəyərində qaçaq malın olduğunu və bunun yalnız üçdə birinin aşkar edildiyini deyib.

“Aznews tv” xəbər verir ki, bu barədə Əli Muəyyedi Xürrəmabadi televiziya verilişində məlumat verib.

O sonda bildirib ki, aşkar edilən mallar əsasən səhiyyə ləvazimatları, dərman vasitələri, ərzaq məhsulları, məişət texnikası və avtomobillər qrupuna aiddir.

Xatırladaq ki, İran müxtəlif sahələrdə, özəlliklə narkotik və uyuşdurucu maddələr sahəsində qaçaqmalçılığın geniş yayıldığı ölkələrdən biri hesab edilir.

Exit mobile version