İdmanİran

İranda qadınların stadionlara getməsinə icazə verilməlidir- FİFA rəhbəri

Dünya Futbol Kubokunun seçmə mərhələsi yaxınlaşdıqca, İranın qadınların stadionlara girməsinə qoyulan qadağanın qəbul edilməyən vəziyyətinə son qoyacağına ümid edirəm.

Aznews.tv xəbər verir ki, bu sözləri FIFA rəhbəri Ciyani İnfantino açıqlaması zamanı deyib. O, bu yaxınlarda İran futbol rəsmiləri ilə bir neçə dəfə əlaqə qurduğunu və FİFA nümayəndə heyətinin hazırda İranda olduğunu bildirib.
“Mövqeyimiz kifayət qədər aydın və möhkəmdir. İranda qadınların stadionlara getməsinə gərək icazə verilə”, İnfantino deyib.

Qeyd edək ki, FIFA heyəti “Mavi Qız” kimi tanınan Səhər Xudayarinin ölümündən sonra İranı səyahət edir. Səhər Xudayari İran Premyer Liqasını izləmək üçün stadiona girməyə çalışdıqdan sonra saxlanılıb. Həbslərə və hüquq-mühafizə orqanları ilə toqquşmalara etiraz olaraq özünü yandıran Xudayari şəhrivər ayının 18-də xəstəxanada dünyasını dəyişib. Heç bir qanun və qaydada qadınların İrandakı stadionlara girməsinə qadağa qoyulmayıb.

Lakin qadağa son on illiklərdə sərt şəkildə həyata keçirilir, ruhanilər kişilər olan stadionların qadınlar üçün uyğun olmadığını iddia edirlər. Bəzi qadın hüquq fəalları FİFA-nı tənqid edərək, dünyanın ən böyük bir təşkilatının İrana kifayət qədər təzyiq göstərmədiyini söyləyirlər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close