Site icon Aznews TV

İranda Qasım Süleymaninin şəkilləri yandırılır

Yanvarın 3-ü gecə saatlarında Tehranda etirazçılar molotov kokteyli ataraq Süleymaninin reklam banerlərini yandırıblar.

Ərdəbildə də etiraz edən bir qrup gənc Qasım Süleymaninin şəkilləri olan SEPAH-ın bir neçə pankartını və reklam lövhələrinə od vurublar.

Bu, İranın başqa bir neçə şəhərində, o cümlədən Kirmanşahda da baş verib və etirazçılar Qasım süleymaninin banerləri ilə yanaşı İslam Təbliğat İdarəsi binasına da molotof kokteyli atıblar.

Exit mobile version