Site icon Aznews TV

İranda qız və oğlan şagirdlərin dərslikləri fərqlənəcək

İranın təhsil naziri Rza Murad Səhrayi: “Qız şagirdlərin dərslikləri həya, mədəniyyət əsasında hazırlanacaq”, – deyə bildirib.

Ölkədə 120 min məktəbin olduğunu deyən nazir islam respublikasının əsasının bu məktəblərdə möhkəmləndirilməsinin vacibliyindən danışıb.

Bu açıqlama insan haqları müdafiəçilərinin sərt reaksiyasına səbəb olub.

Onlar ölkədə dərsliklərin cinsiyyətə görə fərqləndirilməsini “orta əsrlərə sürətli qayıdış” hərəkəti adlandırıblar.

#İran

Exit mobile version