Site icon Aznews TV

İranda qızların uşaq yaşda zorla evləndirilməsi niyə artır?

Uşaq hüquqları üzrə fəalların ölkədə bu problemlə mübarizə istiqamətində maarifləndirmə işləri aparmasına baxmayaraq, onların imkanlarının məhdud olması, habelə ölkədə hökumətin və məhkəmə sisteminin məsələyə biganə yanaşması vəziyyətin daha da pisləşməsinə gətirib çıxarıb.

İranda qızların uşaq yaşda zorla ərə verilməsi üzrə coğrafi bölgüyə dair “Faktnamə” mərkəzinin apardığı araşdırmaya görə, bu vəziyyət ölkənin hər yerində eyni deyil. Dövlət Qeydiyyat İdarəsinin məlumatlarının təhlili göstərir ki, İranın şimal-şərq, cənub-şərq və şimal-qərbində qızların uşaq yaşda evləndirilməsi statistikası ölkənin digər bölgələri ilə müqayisədə daha kritikdir.

Exit mobile version