Site icon Aznews TV

İranda qurbanlıq heyvanların qiymətləri ikiqat bahalaşıb

Qurban bayramı ərəfəsində paytaxt Tehranın müxtəlif bölgələrində və ətraf şəhərlərdə qurbanlıq heyvanların satış mərkəzində sıxlıq yaşansa da, əhali qiymətlərin bahalığından narazıdır.

Ölkədə kəskin iqtisadi problemlər, alıcılıq qabiliyyətinin aşağı olması və qiymətlərin ikiqat bahalaşması səbəbindən maldarlar satışın azalmasından, insanlar isə qiymət artımından şikayətlənir.

Exit mobile version