Site icon Aznews TV

İranda səhiyyə işçiləri etiraza hazırlaşır

“Aznews tv”ın xəbərinə görə, belə ki, öncədən yanvarın 29-na təyin edilmiş etriaz mitinqi ilə onlar yenidən səslərini hökumətə çatdıracaqlar.

Əldə olunan məlumata görə, Tibb Universitetlərinin, xəstəxanaların, habelə Tehranda yerləşən Səhiyyə Nazirliyinin binaları önündə təşkil ediləcək aksiyalar İran saatı ilə səhər saat 10-da başlayacaq.

Günü və saatı öncədən təyin edilmiş bu mitinqlərin keçirilmə səbəblərinə işçilərin əlverişsiz iş və dolanışıq vəziyyəti, maaş azlığı, özəlliklə koronavirus dövründə gecə-gündüz çalışan səhiyyə işçilərinin haqlarının tapdalanması və s. kimi bir sıra məsələlər daxildir.

Xatırladaq ki, səhiyyə personalı daha öncə bir neçə dəfə eyni tələblərlə etiraz aksiyası keçirsə də, ölkə rəhbərliyi onların heç bir problemini həll etməyib.

Exit mobile version