İran

Təbrizdə avtobusların ilə əvəz olunmasında problemlər yaranıb

İrana qarşı tətbiq edilən təhrimlərin yaratdığı müşküllərlə ilgili olaraq Təbrizdə otobusların yeniləri ilə əvəz olunması prosesi vaxtında icra edilmir. Bu barədə Təbriz və Çevrəsinin Otobusla Sərnişindaşıma Şirkətinin amil müdiri İman Qənizadə məlumat verib. Onun sözlərinə görə, özəl bəxşin ixtiyarında və müsafir daşımaqda olan navqanın yüzdə 82-sinin istifadə müddəti başa çatıb. Hazırda müsafirdaşıma şirkətinin əsas məqsədi otobusların yenilənməsidir. Belə ki, ilk mərhələdə 35 otobusun yenilənməsi prosesi 6 ayadək davam edə bilər.
İman Qənizadə koronavirusla ilgili otobuslarda həyata keçirilən ziddüfuni tədbirlərinə də diqqət çəkib. Məlumata görə, navqanın bütün dayanacaqlar, eləcə də otobuslar ardıcıl və gündəlik ziddi-üfuni edilir. Eləcə də otobus terminallarında ziddi-üfuni məhlulu səpən cihaz qoyulub və hərəkət prosesi başa çatdıqda bütün otobuslar təmizlənərək ziddüfuni edilir. Bu məqsədlə 65 nəzarət və təftiş qüvvəsi də sağlıq göstərişlərinə və müsafirlərin maskdan istifadəsinə gündəlik olaraq nəzarət edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button